Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın təsviri

  • Sektorun işini təşkil edir
  • Sektorun əməkdaşlarının işə davamiyyətinə və əmək intizamına riayət etmələrinə nəzarət edir
  • Server avadanlıqlarının fasiləsiz işini və iş prosesində ortaya çıxan nasazlıqların dərhal aradan qaldırılmasını təmin edir
  • Serverin işçi fəaliyyətinin yaxşılaşdırılması üçün profilaktik tədbirlər görür, onların sınağını həyata keçirir, xarici qurğuları işə salır, dəyişdirir və texniki nasazlıqların aradan qaldırılması ilə bağlı tədbir görür
  • Server avadanlıqlarının və kompüterlərin diaqnostikasını aparır və kompüter texnologiyaları sahəsində yenilikləri izləyir
  • Komitənin lokal şəbəkəsini təşkil edir və bununla əlaqədar həyata keçirilən tədbirlərdə iştirakı təmin edir
  • İnformasiya və avadanlıq sistemlərinin istismarı və istifadəsi üzrə metodiki göstərişləri, normativ materialları və təlimatların layihələrini hazırlayır və ya hazırlanmasında iştirakı təmin edir
  • Komitənin  internet informasiya ehtiyatlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması məqsədilə zəruri bilikləri əldə etmək və əməkdaşların istifadəsi zamanı yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı tədbirlər görür
  • Sektorun vəzifələrinə aid məsələlərlə bağlı arayışlar, məlumatlar, hesabatlar və digər sənədləri hazırlayaraq şöbə müdirinə təqdim edir
  • İnformasiya mübadiləsi ilə bağlı sənədlər hazırlanmasını təmin edir
  • Komitədə nəşr və çap işlərini həyata keçirir
  • Qrafik dizayn işinin, saytın və sosial medianın fəal işləməsini təmin edir
  • Mətbəə və tipoqrafiyalarla işin təşkilini təmin edir
  • Diaspor fəaliyyəti ilə bağlı təbliğat işlərinin həyata keçirilməsini təmin edir
  • Komitənin fəaliyyəti ilə bağlı məlumatların mediaya ötürülməsi işinin təşkilini təmin edir
  • Rəhbərliyin digər xidməti tapşırıqlarını və sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir
  • Aylıq vəzifə maaşı 1020
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet Explorer, Adobe Photoshop, İn dizayn, Adobe İllustrator, Corel Draw, Quark Express, Outlook Express, Adobe Premiere, Adobe Acrobat, Pake Maker və s. (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız