Baş məsləhətçi (Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları sektoru)

Bakı

Azərbaycan Respublikası Audiovizual Şurası
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azərbaycan Respublikası Audiovizual Şurasının öhdəsinə düşən texniki tədbirlərin həyata keçirilməsi;
  • efir, kabel və peyk televiziya və radio yayımı zamanı texniki normalara riayət olunmasına nəzarət;
  • efir, kabel və peyk televiziya və radio yayımı zamanı texniki təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarət;
  • audiovizual yayım üçün ayrılmış tezlik zolağından planlı şəkildə istifadə olunmasına nəzarət, rəhbərlikedici sənədlərin hazırlanması;
  • audiovizual yayım üçün texniki və keyfiyyət standartlarının, normaların, formatların müəyyən olunması;
  • audiovizual proqramların ötürülməsi üçün istifadə olunan texniki vasitələrin müəyyən olunmuş qaydada istismarına nəzarət;
  • istifadə olunan tezliklərin seçilməsi, monitorinqi, dəyişdirilməsi, çıxış gücünün tənzim olunması kimi məsələlər üzrə təkliflərin hazırlanması;
  • informasiya texnologiyalarının tətbiqi ilə televiziya və radio yayımının keyfiyyətinə nəzarət;
  • komputerlərə proqram təminatının yazılması, konfiqurasiya edilməsi və  yenilənməsinə nəzarət;
  • printerlərin quraşdırılması və konfiqurasiya edilməsinə nəzarət;
  • audiovizual yayım proqramlarının efirdən elektron yazılışı avadanlıqlarının sazlanması,  audiovizual yayım materiallarının kəsilərək təqdim olunması;
  • rəhbərliyin göstərişi ilə müvafiq tədbirlərdə iştirak etmək və həmin məqsədlər üçün çıxış və təqdimatların hazırlanması;
  • rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
  • Aylıq vəzifə maaşı 880
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: texniki və texnoloji ixtisaslar qrupu, kompüter elmləri, ictimai təhlükəsizlik və idarəetmə, informasiya təhlükəsizliyi, informasiya-təhlil fəaliyyəti, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, riyaziyyat ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows,MS Office, Internetdən istifadə, Adobe Photoshop, Adobe Premiere, Corel Draw proqramlarından istifadə -orta səviyyə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız