Risklərin idarə edilməsi departamentinin təhlilçisi – komplayns mütəxəssisi

Bakı

Azərbaycan Respublikası Dövlət Neft Fondu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İnvestisiyaların mövcud investisiya limitləri üzrə uyğunluğuna nəzarət;
  • Xarici menecerlərin investisiya mandatları ilə fəaliyyətlərinin uyğunluğuna nəzarətin həyata keçirilməsi;
  • İnvestisiya fəaliyyətində tərəfdaşların komplayns təhlilinin həyata keçirilməsi və tərəfdaşlardan gələn komplayns sorğularının cavablandırılması (“KYC” sənədləri və s.);
  • ARDNF tərəfindən investisiya edilən alternativ investisiyalar (özəl səhm və daşınmaz əmlak) üzrə komplayns təhlilinin həyata keçirilməsi;
  • Qlobal maliyyə bazarlarında tənzimləmələrlə (MiFID, FATCA, GDPR, Dodd Frank, FINRA, və s.) bağlı risklərin müəyyən edilməsi, təhlili və idarə edilməsi;
  • Komplayns siyasətinin və prosedurlarının inkişaf etdirilməsi, bu siyasətin səmərəli icrası məqsədilə müvafiq daxili normativ sənədlərin yaradılması;
  • Alternativ investisiyalar və onların komplayns məsələləri ilə bağlı araşdırmaların həyata keçirilməsi;
  • Departamentin fəaliyyət istiqamətləri çərçivəsində dövrü hesabatların hazırlanması.

Xüsusi tələblər

  • İnvestisiyaların idarəedilməsi sahəsində tənzimləmələrlə bağlı tanışlıq arzuolunandır;
  • Araşdırma bacarığı;
  • Analitik düşünmə, hesabat tərtib etmə və qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitdə işləmək qabiliyyəti, şifahi və yazılı formada yüksək kommunikasiya bacarığı.
  • Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Hüquq sahələrində);
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi arzuolunandır;
  • CFA sahəsində nailiyyətlər arzu olunandır.
  • Azərbaycan və İngilis dillərini səlis səviyyədə bilmək tələb olunur.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız