Marketinq kommunikasiyaları və korporativ sosial məsuliyyət üzrə bölmə rəhbəri

Bakı

Azersun Holding
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətdaxili və xarici kommunikasiya kanallarını müəyyənləşdirərək müxtəlif layihələri həyata keçirir;
  • Şirkətə məxsus bütün markalara xidmət göstərir, markalar üçün müxtəlif sosial layihələr və tədbirlər həyata keçirir;
  • Marketinq kommunikasiya konsepsiyasının və KSM strategiyasının üst rəhbəri ilə birgə hazırlanması, planlarının yazılması, layihələrin həyata keçirilməsinə rəhbərlik edilməsi;
  • Bazarın araşdırılması, tədbirlərin planlaşdırılması və həyata keçirilməsi prosesinə nəzarət edilməsi;
  • KSM layihələrinin hazırlanması, büdcələnməsi, layihənin effektivliyinin analiz edilməsi və arxivləşdirilməsi proseslərinin icrasının təşkili və nəzarət edilməsi;
  • Öz fəaliyyəti ilə bağlı dövri hesabatlar (müvafiq sahədə həyata keçirilmiş tədbirlərə dair məlumatlar, statistik göstəricilər və s.) hazırlanması;
  • Şirkətin Kommunikasiya sahəsindəki fəaliyyətinin təkmilləşdirilməsi və effektivləşdirilməsi istiqamətində təkliflər hazırlanması və hesabat verdiyi instansiyaya təqdim edilməsi;
  • İllik tədbirlər planının üst rəhbəri ilə birlikdə yazılması, büdcəsinin hazırlanması;
  • Korporativ tədbirlərin təşkili;
  • Marketinq direktorluğunun bütün markaları ilə birlikdə sosial layihələr, kampaniyalar və tədbirlərin həyata keçirilməsində iştirak;
  • Dövlət, özəl qurum və qeyri-hökumət təşkilatları ilə birgə layihələrin, ictimai tədbirlərin təşkili və icrasını həyata keçirmək;
  • Yerli və Beynəlxalq sərgilərdə şirkətin iştirakının təmin edilməsində iştirak;
  • Dövlət strukturları və mühüm ictimai institutlarla münasibətlərin qurulması;
  • B2B görüşlərin təşkili və aidiyyəti strukturunda olan əməkdaşların işlərinə nəzarət edilməsi;
  • Birbaşa tabe olduğu struktur rəhbərinə fəaliyyətinə dair dövri olaraq hesabatların təqdim edilməsi.
  •  

Xüsusi tələblər

  • Ali təhsilli (jurnalistika, marketinq) olmalı;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi olmalı;
  • Rus dili  və ingilis dillərini orta səviyyədə bilməli;
  • MS Office proqram bilikləri olmalı;
  • Sosial Məsuliyyət Layihələrində / QHT / Tədbirlərin təşkilində təcrübə üstünlükdür.

Telegram kanalımız