İnsan resursları şöbəsinin rəhbəri

Bakı

Prior Leasing
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbə daxilində olan bölmələrin işlərinə nəzarət və işlərinin planlaşdırılması;
  • Bütün şöbələr üçün işə qəbul planının hazırlanması və şöbə müdirləri ilə lazım olduqda düzəlişlərin edilməsi;
  • Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;
  • İR Şöbəsinin illik planının həyata keçirilməsinin koordinasiyası və nəzarəti;
  • Vakansiyalara olan namizədlərlə görüşlərin keçirilməsi;
  • Əməkhaqqı və vəzifə dəyişiklikləri iə əlaqədar sorğuların ilkin cavablandırılması və təstiqə göndərilməsi;
  • Əmək müfəttişliyindən daxil olan sorğuların cavablandırılması;
  • Əməkdaşların peşəkar səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
  • Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarətin edilməsi;
  • Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
  • Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması .
  • Əmək haqqı: 2500 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Çalışacağınız ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə;
  • Şirkət hesabına korporativ nömrə.

Xüsusi tələblər

  • Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • İnsan resursları sahəsində təcrübə minimum 5 il;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
  • İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
  • Dil bilikləri: İngilis və Rus dilləri  üstünlükdür.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız