Risklər üzrə baş analitik

Bakı

PASHA Holding
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qrup daxilində və əlaqəli modellər/proseslər üzrə Kredit Portfelinin effektiv ölçülməsi üçün çərçivənin təkmilləşdirilməsi;
  • Əsas kredit riskinin həyata keçirilməsi üçün əsas qrupun bir hissəsi kimi kredit riskinin tanınması, ölçülməsi və onun hesabatlılığı ilə bağlı tələblərin və məlumatların təqdim edilməsi (məsələn, Kreditlərin idarəedilməsi çərçivəsi, IFRS 9 dəyərsizləşmə);
  • Bazar riski, eyni zamanda likvidlik riskinin idarə edilməsi çərçivələrinim inkişafı və təkmilləşdirilməsi;
  • Qrup şirkətlərinin daxili stress testi maliyyə modellərinin təkmilləşdirilməsi və inkişafına dəstək;
  • Reytinq modelləri (PD) və LGD/EAD ölçüləri, habelə onların vaxtlı-vaxtında kalibrasiyası da daxil olmaqla
  • Kredit Ölçmə Çərçivəsinə əsas təkmilləşdirməsinə dəstək;
  • Pərakəndə satış təminatı, KOBİ təminatı , ipoteka təminatı və digər kredit portfel modellərinin təkmilləşdirilməsi;
  • Qrup banklarının ticarət və bank portfelinin bazar riskinin ölçülməsi üçün risk modellərinin və alətlərinin hazırlanması;
  • Bankın likvidlik riskinin idarə edilməsi sisteminin qiymətləndirilməsi, o cümlədən qrupun şirkətlərinin məruz qaldığı əsas likvidlik və maliyyə risklərinin müəyyən edilməsi;
  • ICAAP modellərinin hazırlanmasında qrup şirkətlərinə dəstək;
  • Maliyyə risklərinin qarşısının alınması və azaldılması üçün qabaqlayıcı və düzəldici tədbirlərə dair fəal şəkildə tövsiyyələrin verilməsi;
  • Siyasət və prosedurların qəbul edilməsini, məlumatlandırılmasını və düzgün tətbiq olunmasını təmin edərək əlaqədar tərəflərin təlimatlandırılması, eyni zamanda bu istiqamətdə tövsiyyələrin verilməsi;
  • Əməliyyat riski, komplayans və reputasiya riski ilə bağlı məsələlərin və sorğuların həllində daxili və xarici maraqlı tərəflər üçün məlumat mərkəzi olaraq xidmətin göstərilməsi;
  • Qrup üzrə Risklərin idarəedilməsi Direktoruna iş funksiyası ilə bağlı digər vəzifələri yerinə yetirməkdə dəstək;

Xüsusi tələblər

  • Maliyyə/Bankçılıq və ya əlaqəli sahələrdə ən azı bakalavr dərəcəsi;
  • Müvafiq sahədə ən azı 5 il peşəkar təcrübə;
  • Güclü kommunikasiya, danışıqlar aparma və problemlərin həll edilməsi bacarıqları;
  • Güclü analitik düşünmə bacarığı və statistik biliklər;
  • MS Office (Excel, PowerPoint) proqramlarının yüksək səviyyədə biliyi;
  • R, Python və ya Tableau kimi data elmi/analitika alətləri üzrə biliklər üstünlükdür;
  • FRM və ya CFA sertifikasiyasının mövcudluğu üstünlükdür;
  • Moody's reytinq metodologiyasına əsaslanan biznes və pərakəndə kreditlər üçün sayı kartları və reytinq modelləri kimi IFRS alətləri ilə iş təcrübəsi üstünlükdür;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız