Əməliyyatçı-xəzinədar (Park Bulvar Filialı)

Bakı

Azərbaycan Sənaye Bankı
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • ATM(Exchange və sairə) terminalların inkassasiyasında nəzarətçi (iştirakçı) kimi iştirak etmək;
  • ATM(Exchange və sairə) terminalların inkassasiyasını həyata keçirmək, aktlaşdırmaq, terminal yerləşdirilmiş və çıxarılmış nağd pul vəsaitlərini müvafiq balans hesabları ilə müqaisə etmək, doğru və düzgün müxabirləşmələri sistemə daxil etmək;
  • Beynəlxalq və ölkədaxili pul köçürmələri sistemləri üzrə əməliyyatları həyata keçirmək;
  • Bütün əməliyyatları bank proqramı vasitəsi ilə icra etmək;
  • Çek kitabçası üzrə əməliyyatları qanunvericiliyə uyğun icra etmək, təhvil almaq, təhvil vermək, müştəriyə verilən çek kitabçasının qeydiyyatını aparmaq, komissiyanı müştərinin hesabından bankın müvafiq gəlir hesabına silmək;
  • Cəlb edilmiş hüquqi, fərdi sahibkar, fiziki şəxs hesablarını(müştəri(kontakt) nömrəsini), müvəqqəti və sairə hesabları bank sistemində açmaq və qanunvericilikdə göstərilən sənədləri almaq və sistemə əksiksiz yükləmək
  • Depozit (əmanət) müqavilələrini tərtib etmək, imzalamaq və həmin müqavilələr üzrə əməliyyatları (mədaxil, məxaric, faiz hesablanması, vergi tutulması və s.) izləmək, yoxlamaq, sistemdə müvafiq girişləri edərək açılışını doğru etmək(depozitlərin növü, şərtləri və tətbiq olunan faiz dərəcələrinin tariflərə uyğunluğunu yoxlamaq şərti ilə);
  • Əməliyyat gününün sonunda özü və tabeçiliyində olanlar tərəfindən icra edilmiş bütün əməliyyatları yoxlamaq;
  • Filialda "ana kassa" funksiyası özünə havalə edildiyi müddətlərdə əməliyyat gününün əvvəlində və sonunda elektron siqnalizasiya sistemini açmaq və bağlamaq, şifrənin gizliliyinini təmin etmək, nağd pul və qiymətlilər qəbul etmək, saxlamaq, pul çekləri və digər məxaric sənədləri əsasında məxaric əməliyyatları aparmaq, iş gününün sonunda dövriyyə, kassanın qalığını bankdaxili qaydalara uyğun olaraq bunkerə təhvil vermək, müvafiq qeydiyyat kitablarını aparmaq;
  • Filialın kassasına daxil olan(inkassasiya və sairə) və göndərilən iri məbləğli nağd pulların sayılması, çeşidlənməsi və sairə işlərdə digər əmədaşlara dəstək vermək;
  • Filialın kassasına daxil olan(inkassasiya və sairə) və göndərilən iri məbləğli nağd pulların təlimatlara uyğun şəkildə sayılması, çeşidlənməsi, formalaşdırılması və bağlanmasını həyata keçimək;
  • Filialın və kassanın(bunkerin) daxili qaydalara uyğun olaraq açılıb-bağlanmasında məsul şəxs olaraq iştirak etmək
  • Göstərilmiş xidmətlərə görə faizləri və komisiyaları təyinatı üzrə tutmaq(sistemdə onaylamaq və ya giriş etmək);
  • Hesablararası bank daxili köçürmələri bank proqramında yığmaq, sənədlərdə icra haqqında öz qeydlərini aparmaq, imzalamaq və ştampla təsdiq etmək;
  • Müştərilərin bank hesabları üzrə(hesab olmadan aparılan əməliyyatlar daxil) nağd və qeyrinağd mədaxil və məxaric əməliyyatlarını aparmaq;
  • Kommunal ödəniş sistemləri vasitəsi ilə müştərilərin su, qaz, işıq, telefon, cərimə, rüsum və s. ödənişlərini qəbul etmək və ya müştəri hesabından ödəmək;
  • Müştəri və onların hesabları ilə əlaqədar rəsmi dövlət orqanlarından, hesab sahiblərindən və üçüncü şəxslərdən gələn sorğu/məktub/sərəncam/qərar və digər sənədləri qəbul etmək, araşdırmaq, aidiyyatı üzrə yönləndirmək, cavablandırmaq, tələb olunduğu halda müştərilərin hesablarına blok qoymaq və götürmək;
  • Müştərilərin müraciəti əsasında Miqrasiya və səfirliklərə(diplomatik nümayəndəlik və konsulluqlara) təqdim edilmək üçün məktubları hazırlamaq, komissiyaları almaq və bank daxili qaydalara əsasən məktubda qeyd edilən hesaba blokun qoyulmasını təmin etmək;
  • Müştərilərin plastik kart sifarişlərini qəbul etmək, kredit kartları üzrə kredit xəttinin açılması üçün həmin sifarişləri müvafiq struktur bölmələrə təqdim etmək, sifarişi sistemə daxil etmək, plastik kartların pin zərflərin bağlı formada aktlar əsasında müvafiq strukturdan təhvil almaq və müştərilərə təhvil vermək;
  • Qeyri-nağd konvertasiya əməliyyatlarını icra etmək(bu əməliyyatlar üzrə müştərilər tərəfindən təqdim edilərn sənədləri yoxlamaq, bank proqramına daxil etmək, əməliyyatlar üzrə bütün növ komissiyaları almaq, məzənnə və limitlərin doğru olmasına diqqət yetirmək, sənədlərdə icra haqqında öz qeydlərini aparmaq, imzalamaq və ştampla təsdiq etmək;
  • Ticarətin maliyyələşdirilməsi (idxal, ixrac, zəmanətlər və s.) üzrə əməliyyatlara dair sənədləri hazırlamaq, yoxlamaq və bank proqramına daxil etmək;

Xüsusi tələblər

  • Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
  • Bank işi üzrə 1 illik iş təcrübəsi;
  • Rus dilini yaxşı bilməli, İngilis dilini bilməsi üstünlükdür;
  • Microsoft Office proqramlarını bilməli;
  • Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
  • Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
  • Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;
  • Analitik problem həlletmə bacarığı olmalı.
  • İş rejimi: 10:00-22:00 ( qanunvericiliyə uyğun qrafiklə çalışılır)

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız