Ventilyasiya, havanı kondisiallaşdıran pnevmo nəqliyyat və aspirasiya sistemləri üzrə quraşdırıcı

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Ventilyasiya, havanı kondisasiyalaşdıran, pnevmonəqliyyat, aspirasiya sistem və avadanlıqların quraşdırılmasında xüsusi mürəkkəb işlərin icrasını təmin etmək;
  • Eskiz və quraşdırma sxemlərini yerinə yetirmək;
  • Naturadan ölçüləri çıxarmaq;
  • Havakeçirmə sistem və avadanlıqlarının  qurulmalarının bölgüsü aparmaq;
  • Ayrı-ayrı detallardan seksiya, kamera və düyünləri yığmaqla bütün tiplərdən olan kondisionerləri quraşdırmaq;
  • Təmiz hava verən kamera və xüsusi mürəkkəb havakeçirmə sistemlərini quraşdırmaq;
  • Siklon, skrubber, rulonlu və qollu süzgəcləri quraşdırmaq;
  • Quraşdırılmış sistem və avadanlıqların işlənməsini yoxlamaq və tənzimləmək;
  • İşləyərkən yoxlamaqla ventilyatorları tarazlaşdırmaq;
  • Yerində hazırlamaq üçün mürəkkəb keçidləri nişanlamaq;
  • Havaüfürən sistemləri aerodinamika sınaqdan keçirmək.

Xüsusi tələblər

  • Peşə təhsili Müvafiq sahə üzrə
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Quraşdırılan sistem və onların elementlərinin iş prinsiplərini;
  • Quraşdırma ox və yüksəklik nöqtələrinin nişanlama üsullarını;
  • Quraşdırılmış avadanlıq və ventilyasiya sistemlərinin yoxlanma, yığılma və sökülmə, sınaqdan keçirilmə, buraxılma, tənzimləmə və kompleks sınağının keçirilmə qaydalarını;
  • Eskiz və quraşdırma sxemlərini yerinə yetirmə qaydalarını;
  • Ventilyasiyalı sistemlərin aerodinamik sınaqlarının üsullarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.

Telegram kanalımız