Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub

News

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub

Qarabağ Universitetində Musiqişünaslıq, pianino, violin, klarnet, saksafon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi 07 iyul 2024-cü ildir.

Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://shorturl.at/sB6Xc

Telegram kanalımız