
Təhsil müəssisələrindəki bəzi vəzifələr üzrə işə qəbul üçün qeydiyyat başlayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəassisələrində kitabxana müdiri/kitabxanaçı, laborant, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsinə start verilir.
Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.
Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 18 mart - 06 aprel 2025-ci il tarixlərində qeydiyyatdan keçə bilərlər.
Namizədlər aşağıda qeyd olunan linklər vasitəsilə müsabiqəyə dair məlumatlarla tanış ola və qeydiyyatdan keçə bilərlər.
Müsabiqə üzrə ümumi məlumat:
Vəzifə | Müsabiqə üzrə məlumat | Qeydiyyat |
Ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı | ||
Ümumi təhsil müəssisələrində laborant | ||
Ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri | ||
Məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri |