Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması haqqında müsabiqə elan edib
Müsabiqədə iştirak etmək istəyən şəxslər 05.08.2025 – 19.08.2025-ci il tarixlərində bu keçid vasitəsilə vakansiyaların siyahısı, vəzifənin tutulması şərtləri ilə tanış olaraq qeydiyyatdan keçə bilərlər.
Müsabiqə haqqında ümumi məlumat:
Müsabiqədə elana çıxarılmış vəzifənin tutulması şərtlərinə uyğun gələn Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər.
Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.
Test imtahanı aşağıdakı bloklar üzrə 50 qapalı test tapşırıǧından ibarətdir.
- qanunvericilik bilikləri – 25 test tapşırıǧı;
- məntiqi düşünmə qabiliyyəti – 15 test tapşırıǧı;
- ümumi dünyagörüşü– 10 test tapşırıǧı;
Test imtahanının müddəti 100 dəqiqədir. İmtahanda namizədə təqdim edilən test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla qiymətləndirilir.
Test imtahanı informasiya təhlükəsizliyinə riayət edilmək şərti ilə xüsusi proqram təminatı vasitəsilə keçirilir.
Test imtahanında təqdim olunan sualların 70 faizini düzgün cavablandırmış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.
Müsahibə mərhələsində namizədin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramı əsasında həyata keçirilir.Bununla yanaşı, müsahibədə namizədlərin vəzifənin tələblərinə uyğunluğunun müəyyən edilməsi üçün müxtəlif qiymətləndirmə üsullarından (keys əsaslı, davranış əsaslı və kompetensiya əsaslı müsahibələr) istifadə oluna bilər.









