OpenAI süni intellekt sahəsində iş axtarışı üçün yeni Sİ platforması təqdim edib

News

OpenAI süni intellekt sahəsində iş axtarışı üçün yeni Sİ platforması təqdim edib

TechCrunch-un məlumatına görə, platformanın 2026-cı ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır və adı OpenAI Jobs Platform olacaq.

OpenAI süni intellektdən istifadə edərək “şirkətlərin ehtiyacları ilə əməkdaşların bacarıqları arasında ideal uyğunluğu tapmağı” hədəfləyir.

Vakansiyalar həm təcrübəli Sİ(süni intellekt) mütəxəssisləri, həm də yeni başlayanlar üçün açıq olacaq. Servis yalnız iri korporasiyalara deyil, həm də kiçik bizneslərə və dövlət qurumlarına yönəlib.
Məsələn, platforma vasitəsilə OpenAI kiçik şirkətlərə daha yaxşı necə rəqabət aparmağı, dövlət orqanlarına isə süni intellekt sahəsində əməkdaş tapmağın yollarını izah edəcək.

Bacarıqların təsdiqi üçün isə yeni sertifikatlaşdırma proqramı istifadəyə veriləcək — adı OpenAI-Certified olacaq. Sertifikat müxtəlif səviyyələrdə təqdim ediləcək: məsələn, Sİ-dən əsas istifadə, promptların hazırlanması və modellərin fərdiləşdirilməsi.


Expanding economic opportunity with AI | OpenAI

Telegram kanalımız