16.10.2025
Bu Universitetdə vakansiya var - maaş 3 min manatdan çoxdur
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) yeni yaradılan SABAH proqramları çərçivəsində vakansiyalar elan edir.
Vakansiyalar aşağıdakı sahələr üzrə proqram koordinatorudur:
- Neft-qaz və kimya mühəndisliyi
- Data analitikası, informasiya texnologiyaları və kompüter elmləri
- Elektrik-elektronika və sənaye mühəndisliyi
Tələblər: magistr və ya doktorantura dərəcəsi, təhsil sahəsində təcrübə, yüksək səviyyədə ingilis dili biliyi.
Əməkhaqqı: 3000–3500 AZN
Müraciət üçün CV-nizi [email protected] ünvanına göndərin.









