28.10.2025
İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması qaydası
(Əmək Məcəlləsi, Maddə 217)
👷♂️ 1️⃣ İşəgötürənin öhdəliyi:
İstehsalatda baş verən bədbəxt hadisə barədə, ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisə baş verən gün Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməlidir.
🧾 2️⃣ Araşdırma komissiyası:
Xidmətə daxil olan məlumat əsasında hadisənin istehsalatla bağlılığını müəyyən etmək üçün qanunvericiliyə uyğun komissiya yaradılır.
🕒 3️⃣ Aktın tərtibi:
Araşdırma başa çatdıqdan sonra 1 gün ərzində müvafiq akt tərtib edilir və onun bir nüsxəsi zərərçəkən işçiyə təqdim olunur.
⚠️ 4️⃣ Hadisənin gizlədilməsi:
Bədbəxt hadisə faktını gizlədən və ya akt tərtibindən boyun qaçıran işəgötürən qanunvericiliklə məsuliyyət daşıyır.









