Memarlıq və İnşaat Universiteti tələbələri üçün metropolitendə təcrübə şansı

News

Memarlıq və İnşaat Universiteti tələbələri üçün metropolitendə təcrübə şansı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin sonuncu kurs tələbələrinin, eləcə də 30 yaşadək məzunlarının nəzərinə!

“Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən Təcrübə Proqramı çərçivəsində aşağıda qeyd olunan texniki ixtisaslar üzrə sonuncu kurs tələbə və məzunları təcrübə proqramına müraciət edə bilər.

  • İnşaat mühəndisliyi
  • Sənaye mühəndisliyi
  • Materiallar mühəndisliyi
  • Kommunikasiya sistemləri mühəndisliyi
  • Elektrik və elektronika mühəndisliyi
  • Nəqliyyat mühəndisliyi
  • Nəqliyyat tikintisi mühəndisliyi
  • Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
  • İnformasiya texnologiyaları
  • Mexanika mühəndisliyi
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  • İnformasiya təhlükəsizliyi

Proqram iştirakçıları üçün üstünlüklər:

  • 3 ay intensiv nəzəri və praktiki təlim
  • Peşəkar mühitdə real iş təcrübəsi
  • Mentor dəstəyi
  • Təcrübə dövründə aylıq əməkhaqqı
  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı
  • Nəqliyyat sahəsində uzunmüddətli karyera inkişafı


Namizədlər hr.metro.gov.az karyera portalına daxil olaraq qeydiyyatdan keçməli, şəxsi kabinet yaratmalı və portaldakı müvafiq təcrübə proqramlarına birbaşa müraciət etməlidirlər. Portal vasitəsilə namizədlər müraciət statusunu şəxsi kabinetdən izləyə və əlavə məlumat əldə edə bilirlər.

Telegram kanalımız