Şirkət işçinin nahar müddətini 15 dəqiqə edə bilər?

News

Şirkət işçinin nahar müddətini 15 dəqiqə edə bilər?

Biz bilirik ki, sağlamlıq cəhətdən bir neçə dəqiqədə yemək yemək ziyandır. Lakin bir çox iş yerləri işçiyə 15 dəqiqə nahar fasiləsi verir. İşçi 15 dəqiqədə naharını etməli və tez işinin başına dönməli olur. Qanunvericilikdə bu iş prinsipi haqqında nə deyilir, yəni bir işçi iş yerində necə nahar etməlidir? Əgər bir şirkət işçiyə 15-20 dəqiqə nahar üçün vaxt verirsə, bu, qanun pozuntusu sayılırmı? 

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bildirib ki, Əmək Məcəlləsinə əsasən gün ərzində işçiyə nahar və fasilə verilməlidir: "Qanunvericilikdə nahar və istirahət etmək üçün minimum və maksimum müddəti müəyyən olunmayıb. Amma göründüyü kimi, yalnız həmin fasilə nahar üçün yox, eyni zamanda istirahət etmək üçün verilməlidir. Adətən, iş yerlərində nahar fasiləsi 1 saat olur. Qeyd etdiyimiz kimi, bu, tək nahar üçün yox, istirahət üçün də fasilədir. Bu, elə müəyyən olunmalıdır ki, işçi bu vaxt ərzində həm nahar etməli, həm də istirahət etməli - hava almalı, gəzməlidir".

Ekspert qeyd edir ki, iş günü ərzində fasilələrin olması işin gedişatına müsbət təsir göstərir: "Fasilə ilə tətbiq olunan iş əməkdaşların sağlamlığına, motivasiyasına müsbət təsir göstərir. Bu baxımdan bir çox hallarda fasiləsiz iş faydalı iş əmsalının aşağı düşməsinə səbəb ola bilər".


valyuta.az


Telegram kanalımız