14.01.2026
Bakı şəhərində əmək yarmarkası keçiriləcək – işaxtaranlar üçün fürsət
📢 İşsiz və işaxtaran şəxslərin nəzərinə!
📌 Bakı Regional Məşğulluq filialı və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhərində əmək yarmarkası keçiriləcək.
✅ Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
✅ Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
▶️ Ünvan və tarix:
📍 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 314 (Suraxanı Gənclər Evi)
🗒️ 16 yanvar 2026
🕚 11:00 - 13:00









