Dövlət Məşğulluq Agentliyi-nin Birgə Maliyyələşmə Proqramı

News

Dövlət Məşğulluq Agentliyi-nin Birgə Maliyyələşmə Proqramı

Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənləri stimullaşdırmaq məqsədi ilə boş iş yerləri üzrə işə götürülən işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramı həyata keçirilir.

Birgə maliyyələşmə proqramı dövlət–özəl əməkdaşlığının gücləndirilməsi, məşğulluğa dəstəyin artırılması və sosial rifahın yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bəs bu proqrama hansı işəgötürənlər müraciət edə bilər?

🔹 Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər olmayan; 
🔹 Son 1 ildə fəaliyyətdə olan; 
🔹 Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək bazarının təhlili əsasında müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan.

Telegram kanalımız