Il Sumqayıt Karyera sərgisi

News

Il Sumqayıt Karyera sərgisi

Əziz və dəyərli gənclər, Sizi 16-17 dekabr tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Gənclər Klubu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək Il Sumqayıt Karyera sərgisinə dəvət edirik. Sərgidə iştirak edən şirkətlər öz vakansiyaları və təcrübə proqramlarını sərgiləyəcəklər. Sərgidə iştirak etmək istəyən gənclər öz CV- ləri ilə sərgidə iştirak edən şirkətlərə müraciət edə bilərlər. Gənclərimizin inkişafı və müxtəlif istiqamətlərdə yeni bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədi ilə sərgi ilə paralel olaraq müxtəlif mütəxəssislər tərəfindən fərdi inkişaf təlimləri keçiriləcək. Hər birinizi aramızda görməkdən məmnun olarıq. Sərgi Sumqayıt Heydər Əliyev Mərkəzində keçiriləcək. QEYD: Sərgidə iştirak etmək istəyən şirkətlər +99477-642-8079 Əlaqələndirici şəxs: Teymur Aslanlı ✅ GİRİŞ SƏRBƏSTDİR Dostlarınızı dəvət etmək üçün postu paylaşın 😍 📍 Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzi 📅 TARİX: 16-17.12.2022 ⏳ SAAT: 10:00-17:00 

Telegram kanalımız