
Dövlət Vergi Xidməti “Yay Təcrübə Proqramı”na qəbul elan edir
İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) mart ayının 27-dən başlayaraq ali
təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca ikinci
“Yay Təcrübə Proqramı”na qəbul elan edir. Proqramda
iştirak etmək istəyən tələbələr qeyd olunan tarixdən etibarən Dövlət Vergi Xidmətinə
müraciət etməklə proqramın seçim turlarına qoşula bilərlər.
“Yay
Təcrübə Proqramı”nın seçim turu 3 mərhələdən ibarət olacaq. 1-ci mərhələ sənəd
qəbulu üzrə ilkin yoxlamanın aparılması, 2-ci mərhələ namizədlərin özünütəqdimat
video çıxışlarının dəyərləndirilməsi, 3-cü mərhələ isə namizədlərin keys əsaslı
qrup tapşırıqları üzrə qiymətləndirilməsi ilə bağlıdır.
Hər
üç mərhələdən uğurla keçən namizədlər 7
gün müddətində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil
ediləcək yay düşərgəsində iştirak hüququ qazanacaqlar. Tədris Mərkəzində onlara
peşəkar təlimçilər tərəfindən
vergi inzibatçılığı və digər mövzularda təlimlər təşkil olunacaq. Daha
sonra tələbələr DVX-nın Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində
təcrübə keçəcəklər. “Yay Təcrübə Proqramı”
7 iyul 2023-cü il tarixdən 8 sentyabr 2023-cü il tarixədək davam edəcək.
Proqramda
iştirak üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı
vasitəsilə maetın 27-dən aprelin 30-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən
(mövzu hissəsində “Yay Təcrübə Proqramı 2023” qeyd etməklə) şəxsiyyət vəsiqəsi,
tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə
olunmalıdır.
Proqramda iştirak etmək üçün namizədlərə
olan tələblər:
·
Azərbaycan Respublikasının vətəndaşı
olmalı;
·
yerli və ya xarici dövlətlərin ali təhsil
müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində, yaxud 1-ci və ya 2-ci kurs
magistratura pilləsində iqtisadiyyat, hüquq, idarəetmə ixtisas istiqamətləri
üzrə təhsil almalı;
·
cari tədris ilinin payız semestri üzrə
ümumi orta müvəffəqiyyət göstəricisi 80 baldan (4 ballıq sistem üzərindən 3
baldan) yuxarı olmalıdır.
“Yay Təcrübə Proqramı”nın əsas məqsədi tələbələrin
bilik və bacarıqlarının artırılmasına, şəxsi inkişafına dəstək verməkdir. Tələbələr
təcrübə proqramı vasitəsilə nəzəri biliklərini praktikada tətbiq etmək,
vergi sahəsində yeni bilik və bacarıqlar formalaşdırmaq imkanı qazanacaqlar. Ötən il “Yay Təcrübə Proqramı”nda yüksək nəticələr əldə etmiş tələbələrdən
3-ü işə qəbul üzrə müsabiqədən uğurla keçərək DVX-nın ehtiyat kadrlar bazasına
daxil edilib.
Ətraflı məlumat üçün linkə
keçid:
https://www.taxes.gov.az/az/post/2419