
Aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün təcrübə proqramı elan edilir
Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi
(AICAT) aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün növbəti təcrübə
proqramı elan edir. 11 ay davam edəcək proqram çərçivəsində 50 nəfər gənc
İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bundan
başqa, proqram iştirakçıları həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə
iştirak edə biləcək.
Təcrübə proqramında iştirak etmək
istəyən namizədlər kənd təsərrüfatı yönümlü ixtisasları bitirməli, ingilis
dilini bilməlidir. Məzun olmuş gənclərlə yanaşı, bakalavriat və magistratura səviyyəsi
üzrə sonuncu kurslarda təhsil alan tələbələr də təcrübə proqramında iştirak
üçün müraciət edə bilərlər.
Hərbi xidmət öhdəliyi olan gənclər
proqramda iştirak edə bilməzlər.
Proqram 20-28 yaş aralığında gənclər
üçün nəzərdə tutulur.
Təcrübə proqramı 2023-cü ilin
avqust ayından 2024-cü ilin iyul ayınadək davam edəcək.
Təcrübə proqramında iştirak ödənişlidir.
Proqramda iştirak haqqı 8 bərabər hissə ilə ödənilə bilər. Proqram
iştirakçıları İsraildə olduğu dövr ərzində əməkhaqqı ilə təmin ediləcəklər.
Proqrama daxildir:
İsraildə təcrübə və sahəvi səfərlər;
Tibbi sığorta;
Asudə vaxtların səmərəli təşkili;
Proqramın sonunda Azərbaycana
geri dönüş biletinin təmin edilməsi.
Ətraflı məlumat üçün:
Təcrübə proqramında iştirak etmək istəyən şəxslər mayın
20-dək
vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Əlaqə üçün:
Elm, təhsil və insan resursları
şöbəsi
+994772990660