“Günay Sığorta”da rəhbərlik yenidən dəyişdirildi

News

“Günay Sığorta”da rəhbərlik yenidən dəyişdirildi

“Günay Sığorta” ASC-nin səhmdarlarının qərarı ilə İdarə Heyətinin sədri yenidən dəyişib.

Banker.az xəbər verir ki, Hikmət Salmalı sədr vəzifəsindən çıxarılıb, İdarə Heyətinin üzvü təyin edilib. Onun yerinə isə 2022-cı ilin dekabrında üzv seçilmiş Rzayev Pərviz Səxavət oğlu təyin edilib.

Hazırda İdarə Heyətində üzvlərin sayı ikidir.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 49.90%-i Yeganə Şirinova, 48%-i Mahmud Məmmədova 21.62%-i “Günay Bank”a məxsusdur

Telegram kanalımız