
ANAMA işçi axtarır
Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə mexanik (ali təhsilli olmalı), qaynaqçı, avtoelektrik, vulkanizator vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, çalışdığı müddət ərzində işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.
Maraqlananlar aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir.
müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
şəxsiyyət vəsiqəsinin surəti;
təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
əmək kitabçasının surəti (olduğu halda).
Sənəd qəbulu cari ilin 15 iyun tarixinədək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.