
31.08.2022
Dövlət qulluqçusu olmayan bəzi işçilərin yeni aylıq vəzifə maaşları müəyyənləşib
Smartjob.az Report.az istinadən xəbər verir ki, bununla bağlı Baş
nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, qərara əsasən, dövlət orqanlarında
çalışan dövlət qulluqçusu olmayan qeydiyyatçı, nəzarətçi, təsərrüfat
işçilərinin də aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı
məbləğdə müəyyən edilib:
Qeyd edək ki, indiyədək dövlət orqanlarında
çalışan dövlət qulluqçusu olmayan işçilərin siyahısına xadimə, dalandar,
bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. daxil idi.
Sıra №-si | Aylıq vəzifə maaşının məbləği (manatla) | |
1. | Ali kateqoriya dövlət orqanlarında | 370 |
2. | 1-ci kateqoriya dövlət orqanlarında | 355 |
3. | 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında | 335 |
4. | 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında | 315 |