
28.07.2023
Arzu Cavadova SOCAR-ın vitse-prezidenti təyin edildi – Prezidentdən sərəncam
A.S.Cavadovanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2023-cü il