
03.08.2023
Naxçıvanda vergi orqanına işə qəbula dair müsabiqənin nəticələri açıqlanıb
Naxçıvan MR-da Dövlət Vergi Xidmətində hüquqşünas vəzifələrinə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, iyunun 12-də elan edilmiş müsabiqənin müsahibə mərhələsində iştirak edən 24 nəfərdən cəmi 3-ü vergi orqanlarının kadr ehtiyatına daxil edilib.
Uğur qazanan namizədlər kadr ehtiyat bazasından mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaq.