
Aqrar Sığorta Fondu işə qəbul imkanı ilə - Yüksək Təqaüdlü Təcrübə Proqramına başlayır
Azərbaycanda kənd təsərrüfatı risklərinin sığortası üzrə fəaliyyət
göstərən dövlət qurumu - Aqrar Sığorta Fondu tələbə və məzunlar üçün yeni yüksək
təqaüdlü təcrübə proqramına başlayır.
Proqrama əsasən təcrübəçilər proqramın davam etdiyi 3-6 ay ərzində
Aqrar Sığorta Fondunun baş ofisində çalışacaq, maliyyə, risk menecmenti, biznes
analitika, riyazi biliklərin maliyyə sektoruna tətbiqi kimi müasir və olduqca perspektivli
sahələrdə fəaliyyətlə məşğul olacaqlar.
Təcrübə proqramında yaşı 18-dən 30-dək olan, maliyyə, iqtisadiyyat,
mühasibatlıq, riyaziyyat və hüquqşünaslıq ixtisasları üzrə bakalavr təhsili
almış və ya magistratura pilləsi üzrə təhsil alan tələbələr iştirak edə bilər.
Proqrama müraciət edən namizədlər Microsoft Excell, Word,
PowerPoint, Prezi proqramlarında işləmək bacarığına, eləcə də analitik düşüncəyə
malik olmalıdırlar. Namizədlərin ingilis və türk dili yüksək səviyyədə olmalı,
rus dili üzrə bilikləri isə arzuolunandır.
Eyni zamanda iştirakçılar komandada işləmək, ünsiyyət qurmaq
bacarığına malik və stressə davamlı olmalıdırlar.
Proqram müddətində təcrübəçilər ölkəmizdə tətbiq edilən aqrar
sığorta mexanizmini, bu sahədəki qabaqcıl dünya təcrübəsini dərindən öyrənmək,
malik olduqları ixtisasların bu prosesdə tətbiqi ilə tanış olmaq və biliklərini
müasir tələblərə uyğun şəkildə inkişaf etdirmək imkanı qazanacaqlar.
3 və 6 ay müddətində təşkil olunacaq proqram dövründə iştirakçılara
müvafiq ödənişlər ediləcək, proqramda iştirakı ilə bağlı sertifikat təqdim
olunacaq.
Təcrübə proqramını uğurla keçən namizədlərin Aqrar Sığorta Fondunda
işə qəbul olunması məsələsinə baxılacaq.
Proqrama qatılmaq istəyən və yuxarıda göstərilən keyfiyyətlərə
malik olan enerjili və sığorta sahəsinə maraqlı namizədlərdən öz CV-lərini “Təcrübə
proqramı” mövzusu ilə “[email protected]” elektron poçt ünvanına göndərmələri
xahiş olunur.