
20.10.2022
“Milli Broker”in direktoruna müavin təyin edilib
“Milli Broker” MMC-nin direktoruna müavin təyin edilib.
Smartjob.az-ın xəbərinə görə, Cabir Kamranov şirkətin direktor müavini təyin edilib.
Qeyd edək ki, “Milli Broker” Abşeron Logistika Mərkəzinin törəmə şirkətidir.
Milli Broker – gömrük təmsilçiliyi, yerli və xarici vətəndaşlara göstərdiyi geniş xidmət diapazonu ilə özəl sektorda qurulan şirkətdir. İxtisaslaşmış gömrük təmsilçiliyi olaraq, kompleks gömrük xidmətlərini həyata keçirir.