“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə məxsus şirkətlərin rəhbərləri dəyişdi

News

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə məxsus şirkətlərin rəhbərləri dəyişdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) törəmə şirkətinin rəhbəri dəyişib.

Bu barədə Smartjob.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Sabir Hüseynov Həsən oğlu “ASCO Nəqliyyat” MMC-nin baş icraçı direktoru təyin edilib.

O, bu vəzifədə Oqtay İsmayılzadə Kamal oğlunu əvəzləyib.

“ASCO Nəqliyyat” MMC 2018-ci ildə yaradılıb və onun 6 276 399 manat nizamnamə kapitalı var.

Sabir Hüseynov buna qədər “ASCO Mühafizə” MMC-nin rəhbəri idi. “ASCO Mühafizə”yə isə İlham Bəşirov İslam oğlu rəhbər təyin edilib.

Telegram kanalımız