
16.12.2022
“Yelo Bank”ın sədrinə yeni vəzifə verildi
“Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) sədri seçilib.
Banker.az bu barədə banka istinadən xəbər verir.
Qeyd edək ki, 180-dan artıq üzv şirkət ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır.