
27.01.2023
TƏBİB-də yüksək vəzifəyə Təyinat
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdə (TƏBİB) yeni təyinat olub.
Oxu.Az xəbər verir ki, Sevinc Məmmədova TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, S.Məmmədova buna qədər Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru vəzifələrində çalışıb.