
07.02.2023
Baş Prokurorluğa yeni idarə rəisi təyin edilib
Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə rəis təyin edilib.
Bu vəzifəyə Mahir Abbasov təyinat alıb.
O, bu təyinata kimi eyni vəzifəni müvəqqəti icra edirdi.