
03.05.2023
“Microsoft”un Azərbaycandakı nümayəndəliyinin rəhbəri AZAL-a təyinat alıb
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İnformasiya Texnologiyaları İdarəsinə yeni rəis təyin olunub.
Bu vəzifə Qaçay Mirzəyevə həvalə edilib.
İT sektorunda çoxillik təcrübəsi olan Q.Mirzəyev əvvəllər “BP-Azerbaijan”, Azərbaycan Dövlət Neft Fondu və 10 ildən çox müddətdə “Microsoft Azerbaijan” şirkətində çalışıb, 2019-2022-ci illərdə adıçəkilən şirkətin Azərbaycan üzrə baş meneceri olub.