
08.05.2023
“Aqrar Sığorta”nın İdarə Heyətinin sədri dəyişib
Azərbaycanda aqrar sığorta üzrə fəaliyyət göstərən “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin sədri dəyişib.
Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə Abbasova Elnarə Elxan qızı İdarə Heyətinin sədri təyin edilib. Əliyev Elvin Mir İsmayıl oğlu sığorta şirkətinin İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb.
Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14.3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.