“İSR Holding”in şirkətlərindən birinin rəhbəri dəyişdi

News

“İSR Holding”in şirkətlərindən birinin rəhbəri dəyişdi

ISR Holding”in törəmə şirkətinin rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, Toğrul Yusifzadə Neman oğlu “İSR İndustrial Equipments” MMC-nin baş icraçı direktoru təyin edilib.

O, bu vəzifədə Cavid Musəvi Fikrət oğlunu əvəz edib.

“İSR İndustrial Equipments” MMC – 2013-cü ilin aprelində təsis edilib və 100 manat nizamnamə kapitalına sahibdir. Şirkət “Toyota Material Handling”, “CHL” forkliftləri və “PRAMAC” generatorlarının səlahiyyətli idxalçısıdır.

Telegram kanalımız