
30.05.2023
“Kapital Bank”da departament direktoru təyin edilib
“Kapital Bank” ASC-nin Kiçik və orta sahibkarlıq departamentinin direktoru dəyişib.
Smartjob.az xəbər verir ki, Bəxtiyar Rəsulov sözügedən departamentin direktoru təyin edilib.
2019-cu ilin aprelindən bu vəzifəni Nəsimi Xasiyev icra edirdi.
B.Rəsulov bundan öncə direktorun müavini idi. B.Rəsulov və N.Xasıyev bu banka 2017-ci ildə “Bank Respublika” ASC-dən gəliblər.