
10.07.2023
Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi – Yeni təyinat
Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər Sərəncamla Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.