“ADY”nin şirkətinə baş maliyyə inzibatçısı təyin olundu

News

“ADY”nin şirkətinə baş maliyyə inzibatçısı təyin olundu

Dövlət şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin “ADY Konteyner” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni baş maliyyə inzibatçısı təyin edilib.

Banker.az-ın məlumatına görə, yeni təyin edilən şəxs Kamal Hüseynlidir.

Kamal Hüseynli bundan əvvəl “ADY Ekspress” MMC-də baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.

O, həmçinin Azərbaycan Voleybol Federasiyasında İdarə Heyətinin üzvü olub, “Azərbaycan Dəmir Yolları”nda Planlaşdırma, Modelləşdirmə və Büdcələşdirmə şöbəsinin müdiri, İqtisadi planlaşdırma, modelləşdirmə və qiymətləndirmə şöbəsinin müdiri, aparıcı maliyyə mütəxəssisi kimi vəzifələrdə işləyib.

Telegram kanalımız