“Accessbank”ın İdarə Heyətinə təyinat olub

News

“Accessbank”ın İdarə Heyətinə təyinat olub

“Accessbank” QSC-nin İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə David Alimbaraşvili İdarə Heyətinə üzv seçilib.

David Alimbaraşvili əsasən bankın strateji layihələrinə, innovasiyalar və risklərin idarəedilməsi üzrə məsələlərə cavabdehdir.

Onun sonuncu iş yeri Cənubi Kiprdəki “Equfin Holdings”də olub. O, 2018-ci ilin avqustundan 2023-cü ilin mayına qədər holdinqin baş əməliyyat inzibatçısı olub. 2010-cu ilin martından 2018-ci ilin avqustuna qədər Gürcüstanda fəaliyyətdə olan “Liberty Bank”ın İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.

Bununala da “Accessbank”ın İdarə Heyətində bir sədr və 4 üzvdən ibarətdir.

“Accessbank”ın İdarə Heyətinin sədri:

  • Tsiklauri Davit Anzor

“Accessbank”ın İdarə Heyətinin üzvləri:

  • Orxan İsmayılov Vilayət oğlu
  • İlkin Quliyev Adik oğlu
  • Renat Hümbətov Mikayıl oğlu
  • David Alimbaraşvili
Telegram kanalımız