
31.07.2023
“Kapital Bank”ın İdarə Heyətinə təyinat
Azərbaycanda ən iri xidmət şəbəkəsinə malik “Kapital Bank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, səhmdarların qərarı ilə Fərqanə Məmmədova Oktay qızı bankın İdarə Heyətinin üzvü seçilib.
F.Məmmədova 2015-ci ilin sentyabrından “Kapital Bank”ın İnsan Resursları departamentinin direktoru və Təşkilati inkişaf ofisinin rəhbəri idi. Bundan öncə isə, 2012-ci ilin yanvarından 2015-ci ilin sentyabrına qədər “Bank of Baku” ASC-nin İnsan resursları departamentinin direktoru olub.
Bununla da “Kapital Bank”ın İdarə Heyəti bir sədr və dörd üzvdən ibarət olacaq:
İdarə heyətinin sədri
- Hüseynov Fərid Arif oğlu
İdarə heyətinin üzvləri
- Emin Məmmədov Ağaverdi oğlu
- Cavid Mirzəyev Akif oğlu
- Fərid Hidayətzadə Səbuhi oğlu
- Fərqanə Məmmədova Oktay qızı