
14.09.2022
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə xidmətləri üzrə direktor müavini - baş həkim vəzifəsinə Hikmət Nağıyev təyin edilib.
Hikmət Nağıyev 1986-1989-cu illərdə Kardiologiya ETİ-də iş fəliyyətinə başlayıb. 1989-cu ildən 1994-cü ilədək Moskva Vişnevski adına Cərrahiyyə İnstitutunda ürək-damar cərrahı kimi, 1994-2001-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutu damar cərrahiyəsi kafedrasında assistent, 2001-ci ildən bugünədək Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı kimi işləyib. Son 6 ildə xəstəxananın ürək-damar xəstəlikləri şöbəsinin müdiri vəzifəsini icra edib, tibb elmləri üzrə fəlsəfə doktorudur.