
13.12.2023
Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib
Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor və direktor müavini təyin edilib.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən t.ü.f.d.,dos. Aynur Poluxova institutun direktoru, t.e.d. Nüşabə Pənahova direktorun müavini (müalicə işləri üzrə) vəzifəsinə təyin ediliblər.