
19.12.2023
Regional təhsil idarələrində müdir təyinatları olub
Regional təhsil idarələrində yeni təyinatlar olub.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası regional idarənin müdir müavini Mahmudova Günay Rasim qızına həvalə edilib.