
12.01.2024
Enerji Məsələlərini Tənzimləmə Agentliyində yeni təyinat
Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) yeni təyinat olub.
Smartjob.az-ın məlumatına görə, Ağa Hacızadə Enerji Məsələlərini Tənzimləmə Agentliyində Beynəlxalq əlaqələr departamentinin müdiri vəzifəsinə təyin edilib.
O, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyində 2019-cu ildən baş auditor kimi çalışır.
Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə yaradılıb.