
24.01.2024
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasına təyinatlar – SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 24 yanvar 2024-cü il tarixdə Medianın İnkişafı Agentliyi publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
İsmayılov Dağbəyi Mirzəxan oğlu
Müşahidə Şurasının üzvləri:
- Əliyev Vüqar Zifər oğlu
- Mehrəliyeva Şəfəq Akif qızı
- Mikayılova Sevil Əlirazı qızı
- Şıxlinskiy Elçin İsmayıl oğlu.