
Normadan artıq isti hava şəraitində iş rejimi necə olmalıdır?
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Əmək Məcəlləsinin 233-cü maddəsinə əsaslanaraq yay mövsümü ilə əlaqədar üzv təşkilatların xidmətinə daxil olan müəssisə və təşkilatlarda havanın hərarəti 41 dərəcəni keçərsə, açıq havada işlərin dayandırılmasına ictimai nəzarətin həyata keçirilməsini tövsiyə edib.