Nurxan Rəcəbli

Bakı

İnsan resursları (HR)

Mənim haqqımda

Azərbaycan Dövlət Pedaqoji Universitetində Biznesin Təşkili və İdarə Edilməsi üzrə MBA təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Təhsil dövründə qazandığım bilikləri iş təcrübəmlə daha da dərinləşdirmişəm. Karyeram ərzində müxtəlif təşkilatlarda könüllü, təcrübəçi və hazırda “İnsan Resursları üzrə kiçik mütəxəssis” kimi çalışaraq ƏMAS sistemi üzərində əməliyyatların icra edilməsi, işçilərin işə qəbulu və işdən azad edilməsi, əmək müqavilələrinin bağlanması və dəyişdirilməsi, işçilərin sığorta edilməsi, əmək haqqı kartlarının sifariş edilməsi, məzuniyyət sənədlərinin işlənməsi, müvafiq əməliyyatlar üzrə əmrlərin qeydiyyatının aparılması, əmək kitabçalarında qeydlərin aparılması, işçi qovluqlarının hazırlanması kimi bir çox məsuliyyətləri uğurla yerinə yetirirəm. “Kristal Abşeron MTK”da hazırda işlədiyim müddətdə əmək qanunvericiliyinə əsasən yuxarıda qeyd olunanlar da daxil olmaqla HR əməliyyatlarının icrasını həyata keçirirəm. Bu müddət ərzində əməkdaşlarla müntəzəm əlaqə saxlamış, onların ehtiyaclarını anlamağa və təşkilatın HR siyasətlərinə uyğun olaraq həll yolları tapmağa çalışmışam. Bu təcrübələr mənim işgüzar ünsiyyət, təşkilatçılıq və detallara diqqət yetirmə bacarıqlarımı daha da gücləndirmişdir. Mən yeniliklərə açıq, məsuliyyətli və intizamlı bir mütəxəssis olaraq, müəssisənizdə İnsan Resursları üzrə komandanın ayrılmaz bir hissəsi olmağa hazıram. Məqsədim, işçilərin iş mühitində özlərini rahat hiss etmələri üçün şərait yaratmaq və müəssisənin HR siyasətlərinə uyğun olaraq effektiv kadr idarəetmə strategiyaları həyata keçirməkdir. Bu sahədəki bilik və bacarıqlarımı daha da inkişaf etdirmək və müəssisənizə dəyər qatmaq üçün həyəcanla gözləyirəm. Müraciətimi nəzərdən keçirdiyiniz üçün təşəkkür edirəm.

Dil bilikləriniz

Azərbaycan — C2 — Səlis
Türk — C1 — Yaxşı
Rus — B2 — Orta inkişaf etmiş
İngilis — A2 — Elementar

Təhsil

İş təcrübəsi

  • Kristal Abşeron 07.2024 - hələdə işləyirəm

    İnsan Resursları üzrə kiçik mütəxəssis

    Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, sığorta edilməsi, işdən azad edilməsi, vəzifə dəyişikliyi, kart sifarişlərinin verilməsi, müvafiq əməliyyatlar üzrə əmrlərin qeydiyyatının aparılması, məzuniyyət sənədlərinin işlənməsi və s. ƏMAS poratlı vasitəsilə əməliyyatların icra edilməsi.

  • 5 saylı DOST Mərkəzi 04.2024 - 07.2024

    Könüllü/Qrup rəhbəri

    Könüllülərin iş qrafikinin təyin edilməsi və iş prosesinə nəzarət, ünvanlı sosial yardım müraciətləri əsasında qeydiyyatın aparılması, məşğulluq proqramı üzrə vətəndaş müraciətlərinin ƏMAS vasitəsilə qeydiyyatı və s

  • A+CO ASC 10.2023 - 02.2024

    İnsan Resursları üzrə təcrübəçi

    ƏMAS sistemində əməliyyatların icra edilməsi, əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işçi qovluqlarının hazırlanması, əmək müqavilələrinin bağlanması, dəyişikliklər edilməsi, xitam verilməsi və ƏMAS-da müvafiq sənədləşmənin icra edilməsi. Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması, əmək kitabçalarında qeydlərin aparılması, əmək haqqı kartlarının sifarişinin verilməsi və s

  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi 11.2022 - 02.2023

    Könüllü

    Vətəndaş qəbulu, müraciətlərin cavablandırılması, eksternantların imtahanlarının təşkili, rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi və s.

  • Gəncə Asan Xidmət 09.2019 - 04.2020

    Könüllü/Qrup rəhbəri/Nümayəndə

    Müəssisə daxili kargüzarlıq işlərinin yerinə yetirilməsi, könüllülərin həftəlik iş qrafiklərinin hazırlanması və nəzarətin təmin edilməsi. Vətəndaş qəbulu, Master 2 könüllülərinin müsahibəyə dəvət və müsahibə mərhələsinin icra edilməsi.

Nailiyyətiniz və mükafatlarınız

  • “Əmək məcəlləsi və Kadr kargüzarlığı” 2024

    “Bussines Management School” (14/04/2024- 02/06/2024)

  • “ƏMAS və əmək qanunvericiliyinə edilmiş dəyişikliklər” 2024

    ƏƏSMN Dövlət Əmək Müfəttişliyi Xidməti (21/10/2024)

  • “HR Global Forum” 2024

    Global Certification 2 June 2024

  • “Əmək müqaviləsinə xitamverilməsinin əsasları” 2024

    Dövlət Əmək Müfəttişliyi Xidməti (25/12/2023)

  • “İşə qəbul və seçim mərhələləri” 2023

    "Bussines Management School” (15/11/2023)

  • "ƏMAS yeni funksiyalar" 2023

    "Abacus Academy” (06/11/2023)

  • “Əmək məzuniyyəti" 2023

    "Bussines Management School” (05/11/2023)

  • “Professionaloperator və dizayner” 2016

    Qızıl AyparaCəmiyyəti (01/2016-07/2016

Biliklərim

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

90%

ƏMAS

90%

MS Outlook

80%

MS Excel

70%

MS Word

70%

MS Power point

70%

Windows system

70%
Telegram kanalımız