
Ali məktəbi Turizm universitetində oxumağıma baxmayaraq, karyeramı proqramlaşdırma sahəsi üzrə davam etmək qərarına gəldim. Həm marağımın çox olası həm də perspektiv bir sahə olması məni özünə cəlb etdi. Hobbilərim bədii kitab oxumaq və şahmat oynamaqdır.
2017-2021 illərində Azərbaycan Turizm və Menecment Universitetində Turizm və Qonaqpərvərlik fakültəsinin "Turizm və Otelçilik" ixtisası üzrə təhsil almışam.
2021-ci ildə 4 ay müddətindəSabah Group MMC-nin nəznində olan Uşaq Aləmi MMC-də "Anbardar" vəzifəsində çalışmışam. Öz istəyim ilə Code Academy-də proqramlaşdırma təhsili almaq üçün işdən ayrılmışam
2019-cu ildə New Baku Hotel-də 3 ay müddətində praktikant kimi işləmişəm.
Code Academy-də 2021-2022 illərdə Proqramlaşdırma təhsili almışam və uğurla bitirmişəm.