Mələkxanım Alxaslı

Bakı

İnsan resursları

Mənim haqqımda

İnsan resursları sahəsində əməliyyat yönümlü praktiki təcrübəyə malik mütəxəssisəm. Hazırda ölkənin aparıcı pərakəndə şirkətlərindən biri olan Kontakt Home-da İnsan Resursları əməliyyatları üzrə kiçik mütəxəssis kimi çalışıram. Peşəkar fəaliyyətim əsasən HR proseslərinin icrası, işçi heyəti ilə bağlı əməliyyatların düzgün və vaxtında aparılması, məlumatların sistemləşdirilməsi və daxili prosedurlara uyğunluğun təmin edilməsi üzərində qurulub.

İş fəaliyyətim müddətində işə qəbul və işdən çıxış proseslərinin icrasında iştirak etmiş, əmək müqavilələrinin hazırlanması və dəyişikliklərin edilməsi, məzuniyyətlərin və digər HR əməliyyatlarının 1C 8.3, ƏMAS və İSB.az sistemləri üzərindən icrası ilə məşğul olmuşam. HR əməliyyatlarında dəqiqliyin və məsuliyyətin vacibliyini bildiyim üçün işimdə detallara diqqət və yoxlama mexanizmi ilə işləməyə xüsusi önəm verirəm.

Böyük və strukturlaşmış şirkətdə çalışmaq mənə operativlik, zamanın düzgün idarə olunması və daxili qaydalara uyğun işləmə bacarıqları qazandırıb. Komanda ilə işləməyi, eyni zamanda fərdi məsuliyyət tələb edən tapşırıqları yerinə yetirməyi bacarıram. Məlumatların məxfiliyinə riayət etmək və işçi münasibətlərində etik davranış mənim üçün əsas prinsiplərdəndir.

Hazırda bilik və bacarıqlarımı uzunmüddətli və stabil iş mühitində tətbiq edə biləcəyim, əməliyyat və inzibati proseslərdə faydalı ola biləcəyim yeni imkanları dəyərləndirirəm. Öyrənməyə açıq, məsuliyyətli və inkişafyönümlü mütəxəssis kimi fəaliyyətimi davam etdirməyi hədəfləyirəm.

Dil bilikləriniz

İngilis — B2 — Orta inkişaf etmiş

Təhsil

İş təcrübəsi

  • Kontakt Home 06.2025 - hələdə işləyirəm

    Junior Human resources speacialist

    şə qəbul və işdən çıxış proseslərinin, sənədləşmə mərhələsinin aparılması, ƏMAS üzrərində işə qəbul, dəyişiklik, xitam proseslərinin icra edilməsi, ezamiyyət əmrlərinin hazırlanması, etibarnamə, əmrlər və digər HR sənədlərinin hazırlanması və idarə edilməsi, işçi məlumatlarının sistemləşdirilməsi və yenilənməsi, giriş-çıxış kartlarının dizayn və hazırlanması, əmək haqqı kartlarının sifariş edilməsi, arayışların hazırlanması, məzuniyyət ərizələrinin 1 C 8.3 -də işlənilməsi, əmək müqaviləsi

Nailiyyətiniz və mükafatlarınız

  • Bir Mühasib MMC 2025

    İşə qəbul və adaptasiya proseslərinin müşahidəsi və dəstəklənməsi, HR prosedurları və əmək qanunvericiliyi üzrə biliklərin təkmilləşdirilməsi, HR əməliyyatları və sənədləşmə proseslərinin icrasında praktiki iştirak, ƏMAS, İSB.az, Əmək məcəlləsi, əmək haqqıdan tutulmalar özəl və dövlət

  • British academy 2024

    General English

  • HR Academy 2025

    Əmək Qanunvericiliyi, müsahibə bacarıqları, iş vaxtlarının tənzimlənməsi, CV tərtibatı

Telegram kanalımız