Mən məsuliyyətli, diqqətli və insanlarla ünsiyyət qurmağı bacaran biriyəm. İşlərə ciddi yanaşıram və verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə çalışıram. Yeni mühitlərə tez uyğunlaşıram və kollektivlə işləməkdən zövq alıram. Gülərüzlüyüm və nəzakətli davranışım sayəsində insanlarla asan əlaqə qururam. Hədəfim — həm özümü inkişaf etdirmək, həm də çalışdığım yerə fayda verməkdir
CV-imə vaxt ayırıb diqqət etdiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, sizin komandanızın bir parçası olmaq fürsətim olar.
Hörmətlə, Leyla Məmmədova
Uşaq nəzarətçisi – Dreamland. Baki, yay 2024 Yay mövsümündə uşaqlara nəzarət etmişəm. Uşaqların təhlükəsizliyinə və davranışlarına diqqət yetirmişəm. Valideynlərlə nəzakətli münasibət qurmuşam və uşaqlarla yaxşı ünsiyyət bacarığım olub. Verilən tapşırıqları məsuliyyətlə yerinə yetirmişəm. Bu, mənim ilk iş təcrübəm olub və mənə komanda ilə işləməyi, qaydalara ciddi yanaşmağı və insanlarla düzgün ünsiyyət qurmağı öyrədib.